COP29 zolaqlarından bu tədbir üçün nəzərdə tutulmuş xüsusi qırmızı rəngli elektrikli taksilər istifadə edə biləcək.
“Qafqazinfo” xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
AYNA sədri əlavə edib ki, digər taksi xidmətlərindən də istifadə oluna bilər. Ancaq həmin taksilərin COP29 zolaqlarına daxil olması qadağandır.