ABŞ-ın hazırkı administrasiyası dövründə dollar beynəlxalq hesablaşmaların standartı statusunu itirməyə başlayıb və Vaşinqton üçün bu prosesin məntiqi sonu müharibədə məğlubiyyətə bərabər olacaq.
Valyuta.az xəbər verir ki, belə bir fikri ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp jurnalist Taker Karlsona verdiyi müsahibədə ifadə edib. Söhbət Arizona ştatının Glendale şəhərində tamaşaçılar qarşısında aparılıb.
“Dollar bu adamlar (Rusiya, Çin və bir sıra digər ölkələrin liderləri - TASS-ın qeydi) səbəbindən standart statusunu itirir. <...> Bu, müharibədə məğlubiyyətlə müqayisə edilə bilər və mənim dövrümdə bu baş verməyəcək”, – deyə Tramp bildirib. O, həmçinin ABŞ-ın hazırkı administrasiyasını Rusiya, Çin, İran, Şimali Koreya və bəzi digər ölkələrin “bir qrupa birləşməsinə” şərait yaratmaqda tənqid edib.
Nicat