Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien açıqlamasında viza liberallaşdırılmasından Slovakiya, Norveç, Finlandiya, Danimarka, İslandiya, Andorra, Monako, Lixtenşteyn və Cənubi Koreya vətəndaşlarının faydalanacağını bildirib.
Oxu24.com xəbər verir ki, müvafiq olaraq, bu ölkələrin normal pasport sahibləri 8 noyabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında 15 gündən çox olmayan müddətə Çinə vizasız səyahət edə biləcəklər.
Viza azadlığı biznes, turizm, ailə səfərləri və tranzit səyahətləri ilə məhdudlaşacaq.
Pekin administrasiyası son aylarda müxtəlif ölkələrlə viza azadlığı tənzimləmələri edərək xaricdən Çinə səyahətləri artırmağı hədəfləyir.
Çin hökuməti 2023-cü il dekabrın 1-dən birtərəfli qaydada Fransa, Almaniya, Hollandiya, İtaliya, İspaniya və Malayziya vətəndaşlarına bir il ərzində 15 gün vizasız səyahət etmək imkanı verib.
Çin yanvarın 26-da Sinqapur ilə 30 günlük qarşılıqlı viza azadlığı müqaviləsi, yanvarın 28-də isə Tailand ilə qeyri-müəyyən qarşılıqlı vizadan azadetmə sazişi imzalayıb.
İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq da martın 14-dən etibarən vizadan azad olunma proqramına daxil edilib.
Hazırda Çin 18 ölkəyə standart pasport sahibləri üçün qarşılıqlı vizadan azad edir. Bir çox ölkələrlə, o cümlədən Türkiyə ilə diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza güzəştləri mövcuddur.
Miri