Şabran rayonunda bədbəxt hadisə baş verib.
"Operativ Media" xəbər verir ki, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadıqı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.
Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.