AZ

Şabranda bıçaqla oynayan uşaq öldü

Şabran rayonunun Padar kəndində bıçaqla oynayan azyaşlı ağır xəsarət alaraq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə oynayarkən ehtiyatsızlıqdan öz boğazına xəsarət yetirib.

Nəticədə azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Seçilən
54
5
milli.az

10Mənbələr