AZ

Ramana gölündə acınacaqlı vəziyyət VİDEO

Bir vaxtlar tullantı suların axıdıldığı göldə indi su o qədər artıb ki, sakinlərin həyətlərini, evlərini basıb.

Xezerxeber.az xəbər verir ki, söhbət Ramana gölündən gedir.

Sakinlər deyirlər ki, bura o yerdir ki, yazda milçək əlindən, qışda iy-qoxdan yaşamaq olmur. Yağış yağanda isə vəziyyət daha dözülməz olur.

Sakinlər deyirlər ki, ərazidə kanalizasiya sistemi yoxdur, amma hər ay su pulu ilə yanaşı, kanalizasiya pulu da ödəyirlər. Problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək istəsək də, suallarımız cavabsız qaldı.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, ərazidə mərkəzləşmiş kanaslizasiya sistemi qurulmadığına görə bəzi sakinlərə kanalizasiya xidməti yalnız onların çəkdiyi primitiv xətlərdə tıxanmalar yarandığı zaman təmizlənməsi istiqamətində həyata keçirilir. Sakinlərdən kanalizasiya pulu da məhz bu məqsədlə alınır.

Qurumdan o da bildirildi ki, abonentlərlə müqavilələrə yenidən baxılacaq və məsələyə aydınlıq gətiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
52
xezerxeber.az

1Mənbələr