AZ

"Mançester Siti" Rodri ilə müqaviləni uzatmaq istəyir

“Mançester Siti” yeni müqavilənin imzalanması ilə bağlı yarımmüdafiəçi Rodri ilə yaxın vaxtlarda razılığa gəlmək istəyir.

90deqiqe.Az-ın “Cadena SER”ə istinadən məlumatına görə, Mançester klubunun rəhbərləri bir müddət əvvəl "Qızıl top"u qazanan 28 yaşlı futbolçuya yeni müqavilə təklif etmək niyyətindədir.

İspan futbolçunun "şəhərlilər"lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Xatırladaq ki, bu mövsüm Rodri “Mançester Siti” ilə İngiltərə çempionatında cəmi iki oyun keçirib. İspan futbolçu dizindəki çarpaz bağın yırtılması səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.

Seçilən
24
90deqiqe.az

1Mənbələr