2023-cü ildə dünyada 8,2 milyon insana yeni vərəm diaqnozu qoyulub. Bu, ÜST tərəfindən indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.
Azpost.info bildirir ki, bu barədə Ümudünya Səhiyyə Təşkilatının hesabatında açıqlanıb.
Xəstəliklərin əksəriyyəti Cənub-Şərqi Asiya, Afrika və Qərbi Sakit Okean regionunda yaşayıb.
Səkkiz ölkə vərəmə yoluxma hallarının üçdə ikisini təşkil edir: Bunlar Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya, Banqladeş və Konqo Demokratik Respublikasıdır.
Dərmanlara davamlı vərəmə ən çox yoluxma halı Rusiyada, eləcə də Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində qeydə alınıb.