AZ

“Mamauşağı” kimə deyilir?

El arasında “mamauşağı” deyə bir söz var. Bəzən xanımlar və ya bəylər hansısa oğlanı “mamauşağı”, “ana quzusu” deyə tanıyır, təqdim edir.

Maraqlıdır, “mamauşağı” kimə deyilir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bu tip uşaqlar, fərdlər  daimi olaraq, valideynin himayəsi altında gərəkli və gərəksiz kontrolunda olur: 

“Ana bunu edərək , uşağı təbii ki, özünə bağlayır, uşağın sərbəst qərar verməsinə, bir fərd olmasına mane olur və uşaq valideyninə qarşı aşırı bağlılıq yaşayır.  Əslində isə, bu, çox qeyri-sağlam münasibətdir.Artıq yetişkən biri olandan sonra böyük bir yaşa gəlib , çatandan sonra heç bir şəxsi qərarı, sərbəstliyi, heç bir ünsiyyət qurma bacarıqları olmur. Bu uşaqlar böyüyəndə adətən ailələrində də problem yaşayırlar. Çünki öz ailəsinə deyil, anasına bağlı olurlar. Onun fikrini soruşmadan, bəzi yerlərdə də əmri olmadan hərəkət edə bilmirlər. Bu onların özü üçün də problem olur, onlar üçün də narahatlıq yaradır”.

Həmsöhbətimiz onu da əlavə edib ki, "mamauşağı" oğlanlar tək yaşaya bilmir. Onlar yetkin yaşda olsa da, ailəsi ilə birlikdə yaşamağa davam edir: 

“Söhbət yanlız maddi məsələlərdən və xüsusi səbəblərdən getmir. Əlbəttə, "mamauşağı" kişilərin bəzilərinin ayrı evləri var. Bu tip kişilər özünüidarədən kifayət qədər uzaqdır. Sanki heç yetkin deyil. Əbəs yerə ana quzusu deyilmir. Baxırsan ki, oğlanın 30 yaşı var, amma heç böyüməyib. Bu tip oğlanlar, xüsusən də anasının yanında olduqda uşaq kimi davranır. Bütün qərarları anası verir. Biz hamımız zaman-zaman analarımızdan məsləhət alırıq. Üstəlik , bunu həm 20, həm də 50 yaşlarında olsaq belə edirik. Bu tip kişilərin anası təkcə öz işini görmür, həm də onun adından bütün qərarları verən şəxsdir”.

Sevinc

Seçilən
54
hit.az

1Mənbələr