Qəzza sektorunda HƏMAS hərəkatının siyasi büro üzvlərindən biri olan İzzəddin Kəssab öldürülüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Məlumata görə, Kassab cənubi Fələstin anklavının Xan Yunis şəhəri yaxınlığında həlak olub.
HƏMAS-ın siyasi büro üzvü İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində həyatını itirib.
İzzəddin Kəssab Qəzza sektorunda sağ qalan son yüksək vəzifəli HAMAS siyasi büro üzvlərindən biri olduğu bildirilir.