ABŞ Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayrıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Yardım paketinə aşağıdakılardır daxildir:
- NASAMS zenit sistemləri üçün raketlər
- "Stinger" portativ raketləri
+ HIMARS kompleksləri üçün raketlər
- Qırıcı sursatları
- Dronlarla mübarizə üçün avadanlıq və sursat
- 155 və 105 mm kalibrli mərmilər
- "Javelin" və digər sistemlər üçün tank əleyhinə raketlər
- "Stryker" zirehli personal daşıyıcıları
- Atıcı silahlar və onlar üçün sursat.