BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin ikinci kurs tələbələri “MARC formatları” fənni üzrə “Yazıların maşınla oxunan formata keçirilməsi” mövzusunda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında praktik dərsdə olublar.
Fakültənin dosenti Rəşad Qardaşovun və kafedra müdiri Sevda Xələfovanın rəhbərliyi ilə tələbələr öncə MEK-in sərgi salonunda olublar, buradakı nəşrlərə baxış keçiriblər.
Kitabxananın direktoru, dosent Hüseyn Hüseynov gələcəyin mütəxəssislərinə kitabxana haqqında ətraflı məlumat verib, dövlət tərəfindən burada yaradılan yüksək şəraitdən danışıb.
MEK-in Rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev tələbələrə kitabxananın fondu, elektron kataloq və kartoteka sistemi, oxuculara xidmət işi, sənəd dövriyyəsi, elektron resursları barədə ətraflı məlumat verib.
Daha sonra MEK-lə yaxından tanış olan tələbələrə aidiyyatı şöbələrdə avtomatlaşdırılmanın əsas prinsipləri, nəzəri əsasları şərh olunub. Gənclər maşınla oxunan formatlar haqqında məlumatlandırılaraq iş prosesində birbaşa iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi