AZ

Malayziya ABŞ-a buna görə "yox" dedi

Malayziyanın baş naziri Ənvər İbrahim ABŞ hakimiyyətinin Rusiya ilə dostluq münasibətləri qurmamaq çağırışını rədd etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, belə bir çağırışın Laosda keçirilən 19-cu Şərqi Asiya Sammiti çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdə edildiyinə aydınlıq gətirib.

“ABŞ dedi ki, ruslarla dostluq etməyin. Mən cavab verdim: “Bizə deməyə ehtiyac yoxdur, biz müstəqil, suveren dövlətik. Ölkəmizin mənafeyinə uyğun qərarlar veririk”, - İbrahim bildirib.


Müəllif: Arzu
Seçilən
29
teleqraf.com

1Mənbələr