AZ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndələri Daşkənddə keçirilən beynəlxalq konfransda iştirak edib - FOTOLAR

2024-cü il oktyabrın 24-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Demokratik Proseslərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Əməkdaşlıq Təşəbbüsləri Həftəsi” çərçivəsində “Azad vətəndaş cəmiyyəti və qeyri-kommersiya təşkilatlarının qeyri-dövlət inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. 
 

Konfransda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktorunun müavini Emil Çaparlı, Agentliyin əməkdaşı Fuad Rzazadə də iştirak edib. Emil Çaparlı panel müzakirələrində çıxış edib. 
 

Tədbirdə Özbəkistanın demokratik inkişaf yolunda aparılan islahatlar, xüsusilə vətəndaş cəmiyyəti sahəsində mühüm dəyişikliklər, eləcə də ölkənin aşkarlıq və şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlər müzakirə edilib.

Seçilən
70
qht.az

1Mənbələr