“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqanın 12-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri görüşü belə dəyərləndirib:
“Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Yolumuza davam edirik. Düşünürəm ki, bu da bizim maksimumuz deyil. Oyun planında daha da artırmalıyıq.
Futbolda elə qanun yoxdur ki, əvəzetmədən meydana daxil olan futbolçu oyunu dəyişməlidir. Birinci hissədə zədələnən oyunçumuz oldu, Bəxtiyar Həsənalızadə xəsarət aldı. Ona uyğun da rotasiyaya getməyə məcbur qaldıq. Çünki həmin mövqedə yerli oyunçu olmadığı üçün əcnəbi futbolçumuzu meydana buraxdıq. İkinci hissədə birinci hissədən daha çox epizodlara girdik. Sadəcə, son nöqtəni qoya bilmədik”.