AZ

Çexiya öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarına gəlib

Çexiyanın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək lazımdır.

NOCOMMENT.az xəbər verir ki, bunu respublikanın baş naziri Petr Fiala deyib.

Mən bu addımı atmalı olduğumuza inananlardanam. Vacib olan sadəcə vaxt və kontekstdir”, – deyə o vurğulayıb.

Fiala vurğulayıb ki, Çexiya digər Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində belə bir addım atmalıdır. Onun sözlərinə görə, artıq Qüdsdə ABŞ, Kosovo, Honduras, Qvatemala və Papua-Yeni Qvineyanın səfirlikləri yerləşir.

Çexiyanın baş naziri əlavə edib ki, səfirliyin köçürülməsi İsrailə əsl kömək olacaq.

“Yaxın Şərqdə münaqişənin gərginləşməsi işləri sürətləndirmir, əksinə, yavaşlatır”, – Fiala yekunlaşdırıb.

Seçilən
55
nocomment.az

1Mənbələr