Təcrübəli məşqçinin taleyi ilə bağlı məlumat almaq üçün özüylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Bir neçə gün əvvəl ölkəmizin soyuq bölgələrindən biri olan Laçındaydım. Soyuq dəydiyindən xəstələndim. İndi Bakıda müalicə alıram. Hələ ki hansısa klubdan təklif göndərilməyib. Yəqin ki, bizim işimizə ehtiyac yoxdu. “Zirə”yə gümüş medalları qazandırandan sonra 7 il işsiz qaldım. Görəsən, “Kəpəz”i premyer-liqada saxlayandan sonra bu müddət nə qədər çəkəcək? Özümü hazır hiss edirəm. 2-ci liqada yox, amma iddiası olan, ciddi planlar əsasında inkişaf etmək istəyən 1-ci liqa klublarında çalışa bilərəm. Meydana çıxmaq xətrinə oynayan komandalar iş fəlsəfəmə uyğun deyil”.
KƏNAN BAHADIR