AZ

Boliviyada ara qarışdı: Keçmiş prezidentin tərəfdarları hərbi hissəni ələ keçirdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Boliviyanın keçmiş Prezidenti Evo Moralesin tərəfdarları Koçabamba departamentində hərbi hissəni ələ keçirərək hərbçiləri girov götürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Wara TV" məlumat yayıb.
Telekanalın sosial şəbəkələrdə yaydığı videoda əsgərlərdən biri girov götürüldüklərini və həyatlarının təhlükədə olduğunu bildirib. O, həmçinin işğalçıların tələbini də açıqlayıb - Boliviya hakimiyyəti Morales tərəfdarları tərəfindən bağlanan yolların açılması əməliyyatını dayandırmalıdır.
Kadrlardan görünür ki, hərbi hissəni ələ keçirənlərin sayı hərbçilərin sayından xeyli çoxdur.
Bundan əlavə, ölkənin silahlı qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, hərbi hissənin ərazisində Boliviyanın keçmiş Prezidenti Moralesin hərbi qulluqçuları girov götürən tərəfdarları silah və sursatı ələ keçiriblər.
Seçilən
107
50
oxu.az

10Mənbələr