AZ

Malta bunu etməyə borcludur - Rusiya XİN

Malta ATƏT-ə sədrlik edən ölkə kimi təşkilatın dekabr ayında Xarici İşlər Nazirləri Şurasında bütün nümayəndə heyətlərinin bərabər iştirakını təmin etməlidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Sədrlik edən ölkə bütün nümayəndə heyətlərinin bərabər iştirakını təmin etməyə borcludur", - Zaxarova bildirib.

Qeyd edək ki, daha öncə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, ölkəsi dekabrın 5-6-da Maltada keçiriləcək ATƏT Nazirlər Şurasının iclasında iştirak etməyi planlaşdırır.

Seçilən
62
axar.az

1Mənbələr