Boliviyanın sabiq prezidenti Evo Moralesin tərəfdarları ölkədə hərbi hissəni ələ keçirib.
Modern.az xəbər verir ki, onlar bir çox hərbçiləri girov götürüblər.
Məlumata görə, etirazçılar Boliviya hakimiyyətindən Morales tərəfdarlarının bağladığı yolların açılması əməliyyatını dayandırmağı tələb edirlər.
Videodan görünür ki, hərbi hissəni ələ keçirənlərin sayı hərbçilərin sayından xeyli çoxdur.