AZ

Elmar Baxşıyev: “Hər iki komanda hücum futbolu nümayiş etdirdi”

“Maraqlı və dinamik oyunun şahidi olduq. Hər iki komanda hücum futbolu nümayiş etdirdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Neftçi” oyunu (1:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. Komandamı təbrik edirəm. Yolumuza davam edirik. Bu maksimum səviyyəmiz deyil. Oyunumuzu bir qədər də inkişaf etdirməli, bəzi məqamları düzəltməliyik.
İkinci hissəyə planlaşdırılmayan əvəzetmə ilə başladıq. Bəxtiyar Həsənalızadə zədələndi. Yerli futbolçu olduğuna görə həmin mövqeyə legioner buraxmaq istədik və nəticədə məcbur olub başqa oyunçunu da əvəzləməli olduq. Ümumi götürdükdə, ikinci hissədə daha çox qol epizodu yaratdıq, sadəcə realizə etməkdə çətinlik çəkdik.
Qara Qarayev təcrübəli, komandamıza kömək edə biləcək futbolçudur. Fiziki planda bir qədər hazır olmalıdır. Psixoloji baxımdan hər şey qaydasındadır. Özü ilə söhbətimiz də olub. Keçmişlə yaşayacaqsa, gələcəyə ümidlə baxmaq olmaz.

Turanın qırmızı vərəqə aldığı epizoda gəldikdə, gənc, istəkli futbolçudur. Təmkinli olmalıdır, amma aldığı vərəqələrə görə iradım yoxdur”.

Seçilən
43
idmanxeber.az

1Mənbələr