AZ

Blinken İsrail hakimiyyətini Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmağa çağırıb

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken İsrailin strateji işlər naziriRon Dermer ilə Qəzzada humanitar vəziyyəti, eləcə də regiondagərginliyin azaldılması üçün lazımi addımları müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentibildirib.

"O (Blinken) Qəzzadakı ağır humanitar vəziyyəti müzakirə edib,vəziyyəti yaxşılaşdırmaq üçün atılan addımları nəzərdən keçirib vəmülki şəxslərə yardımı artırmaq üçün əlavə tədbirlər görməyəçağırıb", - deyə qeyd olunub.

ABŞ dövlət katibi və İsrail naziri regionda gərginliyinazaldılması üçün lazımi addımları da müzakirə ediblər.

"Dövlət katibi Qəzzada müharibənin dayandırılmasının və bütüngirovların evlərinə qaytarılmasının, eləcə də idarəçiliyi,təhlükəsizliyi və yenidən qurulmasını təmin edən münaqişədənsonrakı yolun müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb", -deyə bildirilib.

Seçilən
44
az.trend.az

1Mənbələr