AZ

Xoşbəxt olmaq istəyirsən? - bu 3 şeyi burax və rahatla

Psixoloqlar deyirlər ki, hər kəs daha xoşbəxt ola və həyatını dəyişə bilər. Bəzən səylərimizə baxmayaraq, özümüzü xoşbəxt və ya müvəffəqiyyətli hiss etmədiyimizi başa düşməkdə çətinlik çəkirik. 

Milli.Az lent.az-a istinadən bildirir ki, psixoloq Rob Dial sizə daxili harmoniya tapmağa və həyatınıza fərqli bucaqdan baxmağı öyrənməyə kömək edəcək vacib tövsiyələrini bölüşüb. Psixoloq həqiqətən xoşbəxt olmaq üçün imtina etməli olduğunuz üç əsas cəhəti müəyyənləşdirib.

1.Keçmişlə bağlı peşmanlığı buraxın

Bir çoxumuz keçmişdə baş verənlər haqqında düşüncələrə qapılır, edilən səhvlər və əldən verilmiş fürsətlərdən narahat oluruq. Bununla belə, keçmişlə bağlı təəssüflər nəinki reallığı dəyişdirmir, həm də indiki anı yaşamağa mane olur. Unutmamalıyıq ki, keçmişi dəyişdirmək olmaz. Sizin edə biləcəyiniz tək şey keçmiş səhvlərinizdən dərs almaq, gələcəkdə onları təkrarlamamaq üçün daha güclü və müdrik olmaqdır. Düşüncələrinizi daim keçmişə qaytarmaq, irəliləməyə mane olan bir yükü könüllü olaraq sürükləmək deməkdir. Keçmiş ilə vidalaşın və gələcəyiniz üçün nə edə biləcəyinizi fikirləşin.

2. Gələcəklə bağlı narahatlığı dayandırın

Sabah nə olacağı barədə narahat olmaq, stressin ən çox yayılmış səbəblərindən biridir. Psixoloqlar müəyyən ediblər ki, hər gün narahat olduğumuz şeylərin 85%-i heç vaxt baş vermir. Mümkün neqativ ssenarilər üzərində düşünmək üçün çoxlu enerji və vaxt sərf edirik, halbuki reallıq nadir hallarda təsəvvür etdiyimiz qədər qaranlıq olur. Daimi narahatlıq təkcə emosional vəziyyətinizi pozmur, həm də diqqətinizi cari işlərdən və qarşınızdakı fürsətlərdən yayındırır. Gələcəklə bağlı narahat olmaqdansa, həyatın axışına etibar etməyi öyrənin. 

3. Xoşbəxtliyi başqa insanlarda axtarmayın

Xoşbəxtlik axtarışında əsas tələlərdən biri başqalarından asılılıqdır. Əksər insanlar bir yoldaş, dost və ya ailənin onları xoşbəxt edə biləcəyinə inanırlar. Ancaq xoşbəxtlik tamamilə daxili bir prosesdir. Başqa heç kim sizə həyatda daxili rahatlıq, sevinc və məmnunluq hissi verə bilməz. Bu hislər yalnız öz üzərində işləmək nəticəsində yaranır: öz dəyərlərini dərk etmək, şəxsi məqsədlərə nail olmaq, daxili harmoniyanı inkişaf etdirmək. Xoşbəxtliyiniz üçün məsuliyyəti başqasının üzərinə götürməsini gözləməyin.
Özünüzü başqalarının fikirlərindən və ya təsdiqindən asılılıqdan azad edin. Xoşbəxtliyi özünüzdə axtarmağa başlayın - şəxsi inkişafda, bacarıqlarınızı inkişaf etdirməkdə, sadə şeylərdən həzz almaq bacarığında. Unutmayın ki, əsl xoşbəxtlik daxildən gəlir və ona yalnız siz nəzarət edə bilərsiniz.

Bu üç şeyin hər biri bizim irəliləməyimiz və həyatdan həzz almağımıza mane olur. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
73
48
milli.az

10Mənbələr