AZ

“Azərbaycan xalqı evdə quraşdırılan 900 cihazın qurbanı olub”

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində azərbaycan tamaşaçısının reytinq qurbanı olduğunu bildirib.

O bu məsələni fikirləri ilə belə nəql edib:

“11 milyon azərbaycan xalqı bu gün “Marsa” şirkətinin yaratdığı və 900 evdə quraşdırılan cihazın (televiziya kanallarının reytinqini ölçən – red.) qurbanı olmuşuq. Hər dəfə sual verirəm siz kimsiniz? Biz sizi niyə tanımırıq? Bu kanalda çalışan bu qədər işçilər, ətrafım var və birinində evində bu cihazdan yoxdur. O cihazlar yalnız bayağı ifaçılara baxırlar və reytinqdə o qədər yüksək verir ki, bu gün bütün dünyadan Azərbaycana gələn sponsorlar düşünürlər ki, yalnız o bayağı verilişlərdə olan o bayağı ifaçılar azərbaycan mədəniyyətini idarə edir. Bu isə əsla belə deyil. Əsla! Biz reytinqin qurbanı olmamalıyıq. Biz tamaşaçılara keyfiyyətli musiqini təqdim etməliyik. Biz bir-iki ay əziyyət çəkəcəyik. Bütün kanallar bir olsa və o bayağı ifaçıları efirlərə çağırmasalar insanlar onları yaddan çıxacaqlar. Azərbaycan xalqı zəngin musiqi və dinləyici qabiliyyətinə malikdir. Bu xalq musiqini, incəsənəti və mədəniyyəti çox gözəl bilir”.

Seçilən
42
2
olay.az

4Mənbələr