AZ

Tramp başladı: Erkən səsvermədə saxtakarlıq edilir!

Pensilvaniyada erkən səsvermədə saxtakarlıq baş verib.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp deyib.

“Pensilvaniya insanları aldadır və heç vaxt olmadığı kimi cinayətə sövq edirlər. Fırıldaqlar barədə səlahiyyətlilərə məlumat verin. Hüquq-mühafizə orqanları indi hərəkətə keçməlidir”, - Tramp özünün sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, ABŞ-da seçkilər 5 noyabrda keçiriləcək. İndiyə qədər erkən səsvermə hüququndan 55 milyona yaxın amerikalı istifadə edib. Ən son sorğuların nəticələrinə görə, demokrat namizəd Kamala Harris Donald Trampı Miçiqanda 3%, Pensilvaniya və Viskonsində 2% səslə qabaqlayır.

Seçilən
33
1
axar.az

2Mənbələr