Müəllif:Mehin Qasımova/Banco.az
Argentinanın mərkəzi bankı əsas faiz dərəcəsini kəskin azaldıb.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, hakimiyyət orqanları iqtisadiyyatda inflyasiya templərinin aşağı düşməsinə nəzarəti davam etdirir. Ölkədəki mövcud likvidlik vəziyyəti, aşağı inflyasiya gözləntiləri və hökumətin fiskal lövbəri nəzərə alınaraq, əsas faiz dərəcəsi 40%-dən 35%-ə endirilib. İstiqraz faizləri də 45%-dən 40%-ə endirilib.