Bu gün Azərbaycan Basketbol Liqasının B qrupunda daha 2 oyun keçiriləcək.
İdman.biz xəbər verir ki, hər 2 matç Bakıda keçiriləcək.
“Ordu” “Gəncə” ilə dueldə liderliyini möhkəmlətmə çalışacaq. Gəncə təmsilçisi isə ikinci qələbə arzusundadır.
“Quba” da “Lənkəran”la matçda ilkə imza atmağı hədəfləyib. Onlar ikinci turda 2 xal üçün meydana çıxmağı planlaşdırırlar.
Qeyd edək ki, turun açılış matçında “Naxçıvan” “Sərhədçi”yə 83:66 hesabı ilə qalib gəlib. NTD isə “Neftçi”dən üstün olub - 66:63. Tura noyabrın 3-də “Şəki” - “Sumqayıt”, “Abşeron” - “Sabah” matçları ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
III tur
2 noyabr
B qrupu
12:30. "Ordu" - "Gəncə”
Bakı İdman Sarayı
16:00. “Quba” – “Lənkəran
Bakı İdman Sarayı
B qrupu
1 | Ordu | 2 | 2 | 0 | 207-14 | 4 |
2 | Lənkəran | 2 | 1 | 1 | 168-161 | 3 |
3 | Şəki | 2 | 1 | 1 | 174-187 | 3 |
4 | Gəncə | 1 | 1 | 0 | 90-75 | 2 |
5 | Sumqayıt | 2 | 0 | 2 | 151-196 | 2 |
6 | Quba | 1 | 0 | 1 | 83-90 | 1 |
İdman.biz