Rusiyanın məhşur yazıçı ilə üç jurnalist casus elan edilib
Rusiya Ədliyyə Nazirliyi yazıçı Aleksandr Arxangelski və rusiyalı məhşur jurnalist Aleksandr Qorbaçovu "xarici agent" elan edib.
Reyting.az xəbər verir ki, sözügedən şəxslərlə bağlı yayılan xəbəri rəsmi mənbə kimi Rusiya Federasiyasının Ədliyyə Nazirliyi də təsdiqləyib.
Nazirlikdən bildiriblər ki, "xarici agent”lərin reyestrinə dörd nəfərin adı daxil edilməklə yenilənib.
Reyestrə daxil edilib:
Yazıçı-publisist, Rusiya vətəndaşı Aleksandr Arxangelski,
Rusiyalı jurnalist Aleksandr Qorbaçov,
Rusiyalı jurnalist, həm də Azad Buryatiya Fondunun vitse-prezidenti Anna Zueva,
Mari Eldən olan əyalət jurnalisti Aleksey Seregin.
Ədliyyə Nazirliyinin press-relizində qeyd olunur ki, Arxangelski, Qorbaçov, Zueva və Seregin Rusiyanın "ədalətli savaşına", "xüsusi hərbi əməliyyatına" qarşı çıxıblar.
Oqtay QORÇU