AZ

"Samsung" bu telefonlardan imtina etdi

“Samsung” şirkəti premium qatlanan smartfonların istehsalına diqqət etmək niyyətindədir. 

Lent.az xəbər verir ki, bu barədə “SamMobile” məlumat yayıb.

Bildirilir ki, Koreya şirkəti ucuz qatlana bilən cihazı buraxmaqda maraqlı deyil. 

"Hazırda daha aşağı qiymətə ayrıca məhsul buraxmaq planımız yoxdur", - deyə şirkət nümayəndəlirindən biri vurğulayıb. 

“Samsung” nümayəndəsinin sözlərinə görə, korporasiya istifadəçiləri “gücləndirən” cihazlar yaratmaq istəyir. Şirkət ucuz qatlanan smartfonların buraxılması variantını nəzərdən keçirib, lakin bu ideyadan imtina edib. 

Mütəxəssislər bildirir ki, “Samsung”un qatlanan smartfonlar bazarında liderliyi davam etdirməyin iki yolu var - ya ideal xüsusiyyətlərə malik bahalı qadcetlər buraxmaqla, ya da kompromis qurğular istehsal etməklə. Belə davam edilsə, şirkət “populyarlaşdırdığı smartfon seqmentində məğlub olmaq” riski daşıyır.


Seçilən
77
1
news24.az

2Mənbələr