İsraildə Şaron və Dan bölgələrində xəbərdarlıq siqnalları işə salındıqdan sonra Livandan mərkəzi İsrailə doğru üç raket atılıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail Ordusunun yaydığı məlumatda bildirilib.
İsrail pilisi Tir şəhərinin raket atəşinə tutulduğunu, 19 nəfərin yaralandığını bəyan edib.
İsrail mediasının məlumatına görə, Tirdə bir bina zədələnib, onun raketlə vurulduğu qeyd edilib.
Digər məlumata görə, İsrail ordusunun Şimal qüvvələrinin komandiri, general-mayor Ori Qordin Livanda patrul xidməti zamanı avtomobilinin aşması nəticəsində “yüngül xəsarətlər” alıb.
Aşan avtomobildə İsrail Mərkəzi Komandanlığının rəhbəri general-mayor Avi Blot da olub, lakin o, xəsarət almayıb. Daha bir neçə hərbçi də yaralanıb, lakin ətraflı məlumat verilməyib.
İsrail mediasına görə, oktyabr ayında Livanın cənubunda və “Hizbullah” döyüşçülərinin İsrailin quru işğalına şiddətlə müqavimət göstərdiyi İsrailin şimal sərhədində gedən döyüşlərdə 37 İsrail əsgəri həlak olub.
İsrail mediası qeyd edib ki, Livanın cənubundakı relyefin əngəlli olması və Livanın “Hizbullah” hərəkatının hücum təhlükəsi səbəbindən gecələr səyahət etmək zərurəti İsrail əsgərləri arasında çoxsaylı yol qəzalarına səbəb olub.