AZ

Oğurluq etdiyi üçün axtarışda olan şəxs saxlanıldı

2024-cü ildə Azərbaycanda 617.1 kq qara kürü istehsal edilib. Öncəki illə müqayisədə artım olsa da, 25-30 il əvvələ baxdıqda bu, olduqca aşağı göstəricidir. Kürü istehsalının azalmasına səbəb nədir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan aqrar sahə üzrə eksper Vahid Məhərrəmli bildirib ki, Azərbaycanda kürü istehsalının əvvəlki 25-30 ildən az olmasının səbəbi Xəzər dənizində balıqların sayının get-gedə azalmasıdır:

“Bu onunla bağlıdır ki, balıqlar üçün lazımi qədər qida yoxdur. Xəzərdə əvvəlcə xırda balıqların sayı xəstəlik səbəbilə kəskin aşağı düşdü. Bu da eyni zamanda iri balıqların yeminin tükənməsinə səbəb oldu. Bu səbəbdən də nərə və digər böyük balıqların sayı kəskin şəkildə azaldı. Balıq sayının azalması da istehsal edilən kürünün azalmasına səbəb oldu. Bu səbəbdən də Neftçala rayonunda bu balığın yetişdirilməsi üçün süni şərait yaradılıb. Balığın kürüsü də burada əldə olunur”.

Ekspert bildirib ki, balıq kürüsünün istehsalının artırılması çox mürəkkəb məsələdir:

“Əgər bizdə balıqçılıqda geriləmə varsa, bu kürü istehsalına da təsirsiz ötüşməyəcək. Göl, qəfəs balıqçılığı hesabına bu sahə inkişaf etdirilə bilər. Amma nərə balıqları var ki, onların qidası xüsusidir. Xəzəryanı sahələrdə Neftçalada olduğu kimi qəfəslər quraraq balıqları burada yetişdirmək olar. Qısa şəkildə desək, Neftçaladakı təcrübəni geniş yaymaqla bu istiqamətdə addım atıla bilər”.

Seçilən
29
konkret.az

1Mənbələr