AZ

Türkiyə Novi Sadda baş verən faciə ilə bağlı Serbiyaya başsağlığı verib

Türkiyə Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciə ilə bağlı Serbiyaya başsağlığı verib.

Bu barədə qurum xəbər verir.

“Novi Sad dəmir yolu vağzalında baş verən faciəvi olay nəticəsində insan ölümü xəbəri bizi dərindən üzdü. Həlak olanların ailələrinə və bütün Serbiya xalqına dərin hüznlə başsağlığı veririk”, – Türkiyə XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, noyabrın 1-də Novi Sadda vağzal binasının beton talvarının uçması nəticəsində 14 nəfər ölüb. Yerli KİV hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını yazır.

"Cebheinfo.az"

Seçilən
46
4
cebheinfo.az

5Mənbələr