AZ

Çin daha 9 ölkəyə birtərəfli viza azadlığı verəcək

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Slovakiya, Norveç, Finlandiya, Danimarka, İslandiya, Andorra, Monako, Lixtenşteyn və Cənubi Koreya vətəndaşlarının viza liberallaşdırılmasından faydalanacaqlarını bildirib.

Publika.az xəbər verir ki, bu ölkələrin pasport sahibləri 8 noyabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında 15 gündən çox olmayan müddətə Çinə vizasız səyahət edə biləcəklər.

Viza azadlığı biznes, turizm, ailə səfərləri və tranzit səyahətləri ilə məhdudlaşacaq.

Vizadan azad olunma qaydaları

Pekin administrasiyası son aylarda müxtəlif ölkələrlə viza azadlığı tənzimləmələri edərək xaricdən Çinə səyahətləri artırmağı hədəfləyir.

Çin hökuməti 2023-cü il dekabrın 1-dən birtərəfli qaydada Fransa, Almaniya, Niderland, İtaliya, İspaniya və Malayziya vətəndaşlarına bir il ərzində 15 gün vizasız səyahət etmək imkanı verib.

Seçilən
70
2
publika.az

3Mənbələr