Estoniyada fırtınalı küləklər cümə günü axşam saatlarında "Elektrilevi" enerji şirkəti 11 minə yaxın müştərisini işıqsız qoyub.
Şirkətin verdiyi məlumata görə, təxminən 3 min istehlakçı Pärnu dairəsində işıqsız qalıb. Saaremaa adasında 1,6 min, Hiyumaa adasında isə 1,2 mindən çox istehlakçı zərər çəkib.
Elektrilevi xəbərdarlıq edib ki, fırtına həftəsonu səngiməyə bilər və ilk növbədə qərb sahillərində elektrik enerjisinin kəsilməsi gözlənilir.
Güclü külək və suyun səviyyəsinin sürətlə artması Hiyumaa adasına gedən bərə xidmətini də dayandırıb.
Ətraf Mühit Agentliyi isə öz növbəsində bütün Estoniya üçün fırtına xəbərdarlığı edib. Agentliyin məlumatına görə, bəzi yerlərdə küləyin sürəti 30 m/s-ə çata bilər.
Oxuməni.az