Seçki kampaniyası çərçivəsində qatıldığı proqramda çıxış edən Donald Tramp keçmişdə müharibələrin ölkələrə qənimət gətirdiyini, lakin ABŞ-ın bütün Yaxın Şərqi bombalamasına baxmayaraq heç nəyə nail ola bilmədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün geri sayım başlayıb.
Seçkilərin ən mübahisəli adı olan Respublikaçı namizəd Tramp Teyker Karlsonun idarə etdiyi proqramda namizədliyi ilə bağlı açıqlamalar verib.
Co Bayden və Kamala Harrisin ölkə demokratiyası üçün böyük təhlükə yaratdığını iddia edən Tramp proqramda ABŞ hökumətinin Yaxın Şərqdə dəstəklədiyi müharibələrlə bağlı təəccüblü etiraflar edib.
“Administrasiyaya görə ölkənin vəziyyəti çox pisləşib. Biz dağılan bir cəmiyyətik”,- deyə o bildirib.