AZ

Ağ ev Cozef Baydenin nitqinin stenoqramını dəyişib

Ağ ev ABŞ Prezidenti Cozef Baydenin prezidentliyə namizəd Donald Trampı dəstəkləyənləri “zibil” adlandırdığı nitqinin stenoqramını icazəsiz dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” nəşri mənbələrə istinadla yazır.

“Ağ ev Prezident Baydenin bu həftə Trampın seçkiqabağı kampaniyası və “zibil” barədə dediklərinin rəsmi stenoqramını dəyişdirərək, prezidentin sözlərinin kontekstdən çıxarıldığını aydınlaşdırmağa tələsib”, – deyə nəşr iddia edir.

Materialda qeyd edilir ki, bu izahat rəsmi hesabatlara cavabdehlik daşıyan Ağ evin stenoqrafiya idarəsindən icazəsiz əlavə edilib. Adı açıqlanmayan idarə rəsmisinin sözlərinə görə, edilən dəyişiklik protokol pozuntusudur.

Bayden bundan əvvəl Trampın mitinqində çıxış edən komediyaçı Toni Hinckliffin Puerto-Rikonu “üzən zibil adası” adlandıran sözlərini şərh edib. Prezident deyib ki, onun gördüyü yeganə “zibil” sabiq ABŞ liderinin tərəfdarlarıdır.

Seçilən
16
50
xalqqazeti.az

10Mənbələr