Bir qrup amerikalı senator Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xanın fəaliyyətinin araşdırılmasına çağırıblar.
Azpost.info xəbər verir ki, bu barədə senatorların BCM-nin iştirakçısı olduğu Dövlətlərin Assambleyasına göndərdiyi məktubda deyilir.
Onu ABŞ senatorları Lindsi Qrem (respublikaçı), Ben Kardin (demokrat), Con Tun (respublikaçı), Riçard Blumental (demokrat), Coni Ernst (respublikaçı) və Con Fetterman (demokrat) imzalayıblar. Onlarİştirakçı Dövlətlərin Assambleyasını Xanla bağlı iddiaları araşdırmağa çağırıblar.
O da qeyd olunub ki, prokuror Kərim Xan İsrail hökuməti məmurlarının həbsinə order verilməsini istədikdə də qanuna əməl etməyib.
Azpost.info