AZ

Gürcüstan millisini Avro-2024-ə çıxarmışdı - Dünyada ilin məşqçisi adına namizəddir

style='margin-bottom:10px;'>

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) öz versiyası üzrə 2024-cü ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıda 20 məşqçi yer alıb. Onlardan biri də Gürcüstan millisinin baş məşqçisi Villi Sanyoldur. O, 2021-ci ildən bu komandaya başçılıq edir.

Bu fransalı mütəxəssisin rəhbərliyi altında Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Orada isə qrup mərhələsini adlayaraq 1/8 finala çıxıb. 

Sanyoldan başqa, 2024-cü il üçün milli komandalar üzrə ən yaxşı məşqçisi adına namizədlər arasında daha 19 mütəxəssis yer alıb. Onlar aşağıda adları qeyd edilənlərdir:

Luis de la Fuente (İspaniya), Qaret Sautqeyt (İngiltərə), Didye Deşam (Fransa), Ronald Kuman (Niderland), Julian Nagelsmann (Almaniya), Vinçenzo Montella (Türkiyə), Murat Yakın (İsveçrə), Lionel Skalloni (Argentina), Nestor Lorenzo (Kolumbiya), Marselo Bielsa (Uruqvay), Fernando Batista (Venesuela), Cessi Marş (Kanada), Tomas Kristiansen (Panama), Emers Fay (Fil Dişi Sahili), Xose Pesseiro (Nigeriya), Hüqo Bros (Cənubi Afrika), Bartolomey Markes (Qətər), Hüseyn Amuta (İordaniya), Darren Bazley (Yeni Zelandiya).

Seçilən
39
1
teleqraf.com

2Mənbələr