17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) noyabrın 4-dən 7-nə qədər Qəbələdə təlim-məşq toplanışı olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Komandamız ayın 8-9-da Bakıda da təlim-məşq toplanışı keçəcək.
U-17 noyabrın 10-dan 20-nə qədər Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. 6-cı qrupda yer alan millimiz Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Komandaya dəvət edilən futbolçuların adları və oyunların təqvimi ilə sizi tanış edirik:
- Məhdi Həsənov – Neftçi
- Rauf Əyyubov – Sabah
- Elbrus Kərimov – Marset (İspaniya)
- Murad Qurbanov – Zirə
- Kamil Məmmədov – Neftçi
- Həzrət Səmədov – Sabah
- Əlibəy Mahmudov – Sabah
- Tuncay Əhmədov – Marset (İspaniya)
- Zeyd Nəsirulla – Herta (Zehlendorf, Almaniya)
- Fərid Cabbarlı – Zirə
- Nadir Nəsibli – Marset (İspaniya)
- Muhamməd Çodarov – Marset (İspaniya)
- İbrahim Xəlilov – Sabah
- Əli Qazıbəyov – Qarabağ
- Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
- İbrahim Babayev – Servett (İsveçrə)
- Vüsal Kərimov – Neftçi
- Abdulaziz Cabbarlı – Qarabağ
- Əhliman Süleymanzadə – Zirə
- Tunar Rzayev – Marset (İspaniya)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- Əli İbrahim – Qarabağ
- Nihat İsgəndərov – Qarabağ
13 noyabr
Macarıstan – Azərbaycan
Tunari stadionu. Saat 14:00
16 noyabr
Yunanıstan – Azərbaycan
Tunari stadionu. Saat 14:00
19 noyabr
Azərbaycan – Rumıniya
Rumıniya Milli Futbol Mərkəzinin stadionu. Saat 14:00