AZ

Yeni Dehli ən çirkli hava keyfiyyətinə malik şəhər olub

Divali Festivalından (İşıqlar Festivalı) sonra bu səhər aparılan ölçmələrə görə, Hindistanın paytaxtı Yeni Dehlinin dünyanın ən çirkli hava keyfiyyətinə malik şəhər olduğu bildirilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Havanın Keyfiyyəti və Hava Proqnozu və Tədqiqatları Sistemi(SAFAR) məlumat yayıb.

Havadakı zərərli hissəciklərin miqdarını ölçən “PM (partikulyar maddə) 2,5” nisbətinə çatdıqda havanın keyfiyyəti “aşağı”, 300-400, 400-500 səviyyəsinə çatdıqda isə “ağır” olaraq xarakterizə edilir.

Hindistan mətbuatında yer alan xəbərlərə görə, dünən qeyd olunan Divali Festivalı çərçivəsində şəhərin bir çox yerində maye qazlarının istifadəsi nəticəsində paytaxtda PM 2,5 dərəcəsi bəzi bölgələrdə kubmetr üçün 900 mikroqrama yaxınlaşıb.

Bu o deməkdir ki, Yeni Dehlidə havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insan sağlamlığı üçün yuxarı həddi hesab etdiyi səviyyədən 23 dəfə çoxdur.

Seçilən
36
4
tribunainfo.az

5Mənbələr