“Trami” qasırğası və bunun nəticəsində yaranan yağış və daşqınlar keçən həftə Vyetnamın mərkəzində 8 nəfərin ölümünə, 14 nəfərin yaralanmasına səbəb olub.
“İki sahil” “Sinxua”ya istinadla xəbər verir ki, bu barədə cümə günü Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəzarət üzrə Milli Rəhbər Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, cümə günü saat 07:00-a olan məlumata görə, ən çox zərər çəkən əyalət Quang Binh olub. Burada 7 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Thua Thien-Hue əyalətində bir nəfər təbii fəlakətin qurbanı olub.
Daşqınlar və güclü külək bölgədə 326 evə ziyan vurub və ya dağılıb. Quang Binh əyalətində 300 ev təsərrüfatları metrin üçdə birinə qədər dərinlikdə suyun altında qalıb.
Ölkənin kənd təsərrüfatı sektoru xeyli itki verib. 1269 hektar əkin və meyvə bağları su altında qalıb və ya zədələnib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”