Uşaq bağçasının yaxınlığında yaşamasından narazı qalan Moskva sakini balaca uşaqların üstünə bir neçə şüşə alışan maye atıb.
Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Hadisə Leninski prospektində baş verib. Qeyd edilib ki, 23 yaşlı yerli sakin pəncərəsinin yaxınlığında səs-küy olmasından barışmayıb. O, tərbiyə alan balacalara bir deyil, bir neçə neçə molotov kokteyli atıb.
Təhsil müəssisəsinin mühafizəsi polis çağırıb. Xuliqanın şəxsiyyəti tez bir zamanda müəyyənləşib. Həmin şəxs öz mənzilində ev dustaqlığındadır. Bağçadakı uşaqlar isə şagirdləri xəsarət almayıblar.
Tural