“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 11-ci turunun “Atalanta” ilə qarşıdakı ev oyunu haqda söhbət açıb.
Arena.az jurnalist Nikolo Skiraya isitinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bizim məqsədimiz – UEFA Çempionlar Liqasına qayıtmaqdır. “Atalanta”nı, şübhəsiz ki, güclü komanda hesab etmək gərəkdir. Mənim, zəhmətlə nəticə əldə edən Can Pyero Qasperiniyə (“Atalanta”nın baş məşqçisi – redaktorun qeydi) böyük hörmətim var. UEFA Çempionlar Liqasına vəsiqə qazanmış komandaların heyəti bizdən daha yaxşıdır”, deyə Antonio Konte vurğulayıb.
Xatırladaq ki, oyun turun mərkəzi görüşlərindən biri kimi əlamətdar olacaq. 10 turdan sonra 25 xal toplamış “Napoli” İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir. “Atalanta” isə 19 xalla 3-cü pillədədir.
“Napoli” – “Atlanta” oyunu noyabrın 3-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 15:30-da başladacaq.