AZ

Medvedyevdən Zelenskinin komandasına edam vədi

Kiyevdə istənilən yeni hökumət Ukrayna prezidenti Vladimir Zelenskinin bütün qərarlarını qanunsuz elan edəcək.

Musavat.com xəbər verir ki, bunu Rusiya mediasına müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Yeni hökumət, istənilən yeni Maydan, çox güman ki, əvvəllər Bankova küçəsində oturan və ölkəni idarə edənlərin edamı ilə başlayacaq”, - deyə Rusiyanın eks-prezident (2008-2012) bildirib.

Medvedyevin sözlərinə görə, Ukraynanın yeni liderləri qəbul etdikləri qərarlara görə öz sələflərini edam edəcəklər.

O, həmçinin xatırladıb ki, Zelenskinin prezident kimi səlahiyyətləri artıq başa çatıb. Ona görə də onun qəbul etdiyi qanunlar legitim deyil.

Bundan əvvəl Medvedyev demişdi ki, Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı” hərfi mənada marixuana mənasını verən qələbə “planı” kimi başa düşülməlidir.

Onu da qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Medvedyev həftədə üç dəfə belə qalmaqallı, hədə dolu açıqlamalar verir.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr