AZ

Türkandan QƏTİ QƏRAR: “Özümə söz vermişəm ki…”

 

“Özümə söz vermişəm, kim nə danışır, danışsın, heç birinə cavab verməyəcəyəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Xəzər axşamı” verilişində deyib.

Sənətçi şou qalmaqallarına görə valideynlərini incitməyəcəyinə söz verdiyini açıqlayıb: “Bu sənətdə dostluq var və 16 ildir ki, Zeynəblə dostuq. İncikliyimiz olanda da sakitcə kənara çəkilib bunu efirdə göstərməmişik. İnsanın yaşı az olanda səhvlərə yol verir, amma yaşımız artdıqca, bir-birimizə dedik ki, yox, olmaz!”

“Efir vasitəsi ilə valideynlərimizi bezdirmək olmaz.

Bu gün dalaşıb, sabah barışa bilərik. Evdə ata-anamız, bacı-qardaşımız bilirsiniz, nələr çəkirlər? Hətta stress keçirirlər. Özümə söz vermişəm, kim nə danışır, danışsın, heç birinə cavab verməyəcəyəm”, – deyə o, söyləyib.

 

Nehru

Seçilən
62
11
yenicag.az

10Mənbələr