İsveç hökuməti kölgə cəmiyyəti adlandırılan qeyri-qanuni miqrantlara – qanuni əsas olmadan yaşayan insanlara qarşı mübarizəni gücləndirir.
Bu barədə TASS-a istinadən xəbər verir.
Ölkədə qeyri-qanuni mühacirlərin sayının 107-185 min nəfər olduğu güman edilir.
“İsveçdə 100 mindən çox insanın icazəsiz yaşadığını düşünmək üçün əsasların olduğunu düşünürəm”, - miqrasiya naziri Yohan Forssell deyib.
Dövlət dəftərxanasında işçiləri qeyri-qanuni miqrantlar barədə məlumat verməli olan müxtəlif dövlət idarələrindən bu cür şəxslər haqqında məlumat toplamaq üçün xüsusi qrup yaradılıb.
Bu yanaşma cəmiyyətdə xeyli tənqidə səbəb olub. Çoxları hətta bu təşəbbüsü “donos qanunu” adlandırır.
Forssell öz növbəsində qeyd edir ki, “kölgə cəmiyyəti”ndə yaşayanlar, o cümlədən uşaqlar həssas vəziyyətdədirlər və müxtəlif növ təhdidlərə və “istifadəyə” məruz qala bilərlər. Digər tərəfdən, onların bəziləri milli təhlükəsizliyə təhlükə yarada bilər.
Bir neçə həftədən sonra “məlumat vermək öhdəliyi” məsələsi ilə bağlı araşdırmanın yekunu hökumətin masasında olmalıdır.
"Cebheinfo.az"