İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə cavab zərbəsi endirilməsi haqqında qərar qəbul edib, xəbəri şura üzvü Esmail Kosari verib.
Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Salemi də İsrailə zərbə endirməyə hazırlıq getdiyini bildirmişdi.
İranın dini lideri Xamneyi də sonuncu açıq müraciətində İsrailin mütləq cəzalandırılmalı olduğunu bəyan edib.
İran ABŞ-da noyabrın 5-nə planlaşdırılan prezident seçkilərindən əvvəl İsrailə zərbə endirəcək, deyə CNN və Axios-un mənbələri bildirib.
İsrail kəşfiyyatı hücumun İran ərazisindən buraxılacaq çox sayd dron və raketlə həyata keçiriləcəyini təxmin edir.
Oktyabrın 26-na keçən gecə İsrail ordusu İranın üç əyalətində - Tehran, Xuzestan və İlamda hərbi obyektlərə aviazərbələr endirib. İran hakimiyyəti dörd hərbi qulluqçunun həlak olduğunu, ölkəyə "məhdud ölçüdə ziyan" dəydiyini, neft sənayesinə isə zərər dəymədiyini açıqlayıb.
The New York Times raket istehsal edən böyük bir zavod da daxil olmaqla, İranın bir neçə mühüm hərbi obyektinin vurulduğunu öyrənib.