AZ

Rusiyada sahəsi 53 hektar olan ada "YOXA ÇIXDI"

Frans-İosif Torpağının arxipelaqında yerləşən Misyasev adası suyun altında qalıb.

Bizim.Media “qazeta.ru”ya istinadən xəbər verir ki, 2015-ci ilin avqustunda adanın sahəsi təxminən 53 hektar olub.

2024-cü ilin avqustunda isə bu rəqəm cəmi 3 hektara qədər azalıb. Sentyabrın ortalarına qədər isə ada artıq peyk görüntülərində tamamilə yoxa çıxıb.

Alimlər adanın “yoxa çıxması”nı buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olan qlobal istiləşmə ilə əlaqələndirirlər.

Bizim.Media

Seçilən
33
bizim.media

1Mənbələr