Belarus Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin sənədlərinin qəbulunu bağlayıb.
Sfera.az xəbər verir ki, ümumilikdə 9 nəfər prezidentliyə namizədliyini irəli sürüb.
Hazırda MSK hazırkı prezident Aleksandr Lukaşenko, Liberal Demokrat Partiyasının lideri Oleq Qayduçenko, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak və Minskdə İdeoloji İş və Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi Olqa Çemodanovanın fəaliyyət qruplarını qeydə alıb.
Komissiya daha beş iddiaçının təqdim etdiyi sənədlərə noyabrın 4-də baxacaq.
Firuzə Əliyeva