AZ

Qışda Daha Çox Yayılır: Xəstəliklərdən qorunmağın 5 vacib yolu

Pediatriya üzrə mütəxəssis Yıldız Camcıoğlu mövsüm dəyişikliyi ilə əlaqədar uşaqlarda xəstəliklər və onların qarşısının alınması yolları haqqında News365.az-ın əməkdaşına maraqlı açıqlamalar verib.

"Solunum yolu infeksiyaları qış aylarında daha çox yayılır"

Camcıoğlunun sözlərinə görə, mövsümlə əlaqədar olaraq yayda bağırsaq infeksiyaları artdığı halda, qış aylarında isə daha çox tənəffüs yolu infeksiyaları müşahidə olunur. O bildirib ki, hazırda xüsusilə RSV (Respirator Sinsitial Virus), rinovirus kimi xəstəliklər uşaqlar arasında geniş yayılıb və bu infeksiyalar kiçik yaşlı uşaqlar üçün daha ağır nəticələrə səbəb ola bilir.

"Qrip peyvəndi xroniki xəstəlikləri olan uşaqlara mütləq vurulmalıdır"

Camcıoğlu, bəzi infeksiyaların xəstəxanada müalicə tələb edə biləcəyini qeyd edərək, xroniki xəstəlikləri olan uşaqların mütləq qrip peyvəndi vurdurmasını məsləhət görüb. "Xroniki xəstəlikləri olan uşaqlar infeksiyalardan daha çox təsirlənir və daha ağır formada keçirə bilir. Buna görə də qrip peyvəndini xüsusilə məsləhət görürük," - deyə o əlavə edib.

"Düzgün qidalanma və vitamin çatışmazlığına diqqət edilməlidir"

Uşaqların sağlam böyüməsi üçün düzgün və balanslı qidalanmanın vacibliyini vurğulayan Camcıoğlu, lazımi vitaminlərin yetərli dərəcədə qəbul edilməsinin əhəmiyyətini qeyd edib. Xüsusilə dəmir çatışmazlığının infeksiyalara qarşı həssaslığı artırdığını bildirən mütəxəssis, bu çatışmazlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb.

"Gereksiz vitamin qəbulu böyrək problemlərinə səbəb ola bilər"

Camcıoğlu, əlavə vitaminlərin lazımsız yerə çox verilməməsi barədə xəbərdarlıq edərək, artıq vitamin qəbulunun böyrəklərdə daş əmələ gətirə biləcəyini bildirib. "Uşaqların gündəlik ehtiyacları nəzərə alınmalı və onlara lazım olmayan dozalarda vitamin verilməməlidir," - deyə o, əlavə edib.

Yıldız Camcıoğlu, uşaqlarda xəstəliklərin qarşısını almaq üçün vaxtında tədbir görülməsinin və mövsümə uyğun gigiyenik qaydalara riayət edilməsinin əhəmiyyətini vurğulayıb.



(Fotoda: Yıldız Camcıoğlu və Bəturə Nəbiyeva)

News365.Az

Seçilən
25
35
news365.az

10Mənbələr